Hande Harmancı karantin tədbirlərini sərtləşdirməyə çağırdı

13:00 02.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycanda yoluxma azalsa da, dünyada pandemiya hələ bitməyib. Buna görə də hamıdan xahiş edirəm, özümüzü qorumağı unutmayaq”. 

 

Hafta.az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının(ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

H.Harmancı üzü payıza təhlükəsizlik tədbirlərini möhkəmləndirməyə çağırıb:

“Sentyabr və oktyabrda “Delta” ştammı ilə bağlı qorunma tədbirlərinə davam edilməlidir. Peyvəndlərdən mütləq şəkildə istifadə olunmalıdır. Peyvəndlər təsirli və təhlükəsizdir”.